Menu

"Türkiyənin narahatlıqlarının aradan qaldırılması vacibdir" - Britaniya XİN

13.09.2023, 22:37
"Türkiyənin narahatlıqlarının aradan qaldırılması vacibdir" - Britaniya XİN

Böyük Britaniya İsveçin NATO-ya daxil olması üçün Türkiyənin narahatlıqlarına dair problemlərin qısa zamanda aradan qaldırılmasını vacib hesab edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli Ankarada türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, İsveçin NATO-ya daxil olması alyans üçün güc artımı olacaq və krallıq mövcud problemlərin həllində dəstək verməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol