Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər.
APA xəbər verir ki, bu barədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın keçmiş prezidentinin büdcə vəsaitlərini öz şəxsi uçuşlarına xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib:
“Hər kəsə məlumdur ki, ölkənin birinci şəxsinin çarter reysi ilə uçması cinayətdir və yeni böyük miqyaslı cinayət faktı təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, - deyə Mdinaradze vurğulayıb.
Xatırladaq ki, Gürcüstan KİV-də yayılan məlumata əsasən, ölkənin Gürcüstan Müdafiə Nazirliyi ilə “Gürcüstan Hava Yolları” (Georgian Airways) arasında 24 milyon lari (təqribən 9 milyon dollardan artıq) məbləğində saziş bağlanıb və bunun 14 milyon lari (təxminən 5,3 milyon dollar) hissəsi yalnız Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.


Şərhlər
Saakaşvili ağıllı savadlı mükemmel bir Şexsiyyet olub ona bele qarayaxmalar yapışmaz.Şair gözel deyib:”Hemişe zindana dönübdür Veten,Özünün en böyük Oğullarına.”