Menu

Təbriz həbsxanasında saxlanılan güney azərbaycanlı məhbus ekoloqun səhhəti ağırdır

14.09.2023, 20:48
Təbriz həbsxanasında saxlanılan güney azərbaycanlı məhbus ekoloqun səhhəti ağırdır

Güney Azərbaycanda fəaliyyət göstərən, hazırda Təbriz həbsxanasında saxlanılan məhbus, ictimai-mədəni fəal, idmançı və ekoloq Kərim İsmayılzadənin sağlıq vəziyyəti ağrıdır.

“Report” xəbər verir ki, bu barədə Güney Azərbaycan mənbələri məlumat yayıb.

Bildirilib ki, K.İsmayılzadə avqustda qarın boşluğundan cərrahiyyə əməliyyat keçirib. Qanaxma nəticəsində idmançı və ekoloqun vəziyyəti ağırlaşıb.

Məlumata görə, həbsxananın məsul şəxsləri ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, zindandakı həkimin ona müalicə yazmasına da imkan verməyiblər. Bu, Kərim İsmayılzadənin çəkisini itirməsinə səbəb olub. Onun tənəffüsündə problem yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol