Menu

Koreya Rusiyaya hansı hərbi yardımı edə bilər? - Təhlil

15.09.2023, 16:56
Koreya Rusiyaya hansı hərbi yardımı edə bilər? -  Təhlil


“Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya (KXDR) lideri Kim Çen In arasında görüş Rusiya-Ukrayna müharibəsi kontekstində xüsusi əhəmiyyət kəsb edir. Əslində bu görüşdə başqa məna yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə STEM hərbi-analitik kanalının hazırladığı təhlildə bildirilir.

Analtik məqalədə qeyd olunur ki, əsas məsələ Rusiyanın müharibə taktikası və ehtiyac duyduğu sursatlardır.

Böyük Britaniyada mənzillənən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin hesabatına görə, Şimali Koreya ən azı 21,6 min ədəd müxtəlif tipli artilleriya sistemlərii ilə silahlanıb. Həm yedəkli, həm də özüyeriyən ən azı 8600 topu və haubitsası var, ikinci yerdə isə minaatanlar gəlir - təxminən 7500 ədəddir. Müxtəlif çoxsaylı raket buraxılış sistemlərinin sayı 5500-dən çoxdur.

Rusiya mənbələrinin məlumatına görə, KXDR-in uzun müddətdir ki, özünü istehsal etdiyi sursatla tam təmin edilir. Bundan başqa Şimali Koreya 122 və 152 mm-lik artilleriya mərmiləri, 82 və 120 mm-lik minaatan mərmiləri və çoxsaylı raket buraxılış sistemləri üçün raketlərdən ibarət böyük ehtiyat toplayıb. Rusiya Ukraynada belə sursatlardan hər zaman istifadə edir və ona daim ehtiyac duyur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun dərc etdiyi illik hesabatda qeyd olunur ki, Şimali Koreyanın Silahlı Qüvvələri 545 döyüşə hazır təyyarəyə, 286 helikopterə, təxminən 400 döyüş və 280 desant gəmisinə, 71 sualtı qayığa, 400-ə yaxın tanka və 2500 zirehli texnikaya malikdir.

STEM yazır ki, “şeytan” təsvir edildiyi qədər qorxulu deyil.

“Şimali Koreyanın silahlarının nəyə qadir olduğunu anlamaq üçün bir misal çəkək: 2010-cu ildə KXDR Cənubi Koreyanın Yeonpyonq adasına 170 döyüş sursatı atmışdı. “Reuters”in məlumatına görə, onların yarısı suya düşüb, partlamayanların sayı isə təxminən 20% təşkil edib”, - məqalədə qeyd olunur.

Müstəqil ekspertlərin qeyd edir ki, silah-sursatın, maddi-texniki təchizatın cəbhəyə çatdırılması ilə bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Şimali Koreyanın döyüş sursatları Ukraynaya qədər 10 min km-dən çox məsafə qət etməlidir. KXDR-ın dəmir yolu infrastrukturunun pis vəziyyətdə olması, həmçinin lazımi sayda vaqonun olmaması vəziyyəti daha da gərginləşdirir.

Onları bu vəziyyətdən qismən Çin xilas edə bilər. Amma ABŞ-la münasibətlərin gərginləşdiyi bir şəraitdə Pekinin belə risklərə gedəcəyi böyük sualdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol