Menu

"Biz yaxşı xəbər gözləyirik..." - Zalujnı ABŞ və Britaniya hərbçiləri ilə müşavirə keçirib

15.09.2023, 21:45
"Biz yaxşı xəbər gözləyirik..." - Zalujnı ABŞ və Britaniya hərbçiləri ilə müşavirə keçirib

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı amerikalı və britaniyalı tərəfdaşları ilə görüş keçirib.

Zalujnının “Telegram” kanalında verdiyi məlumata görə, görüş zamanı bir çox məsələlər müzakirə olunub.

"Mən müttəfiqləri bütün cəbhə boyu əməliyyat şəraiti ilə ətraflı tanış etdim. Biz komandirləri dinlədik və qüvvələr qrupunda yaranan problemləri müzakirə etdik. Cəbhə xəttində hadisələrin inkişafı ilə bağlı öz baxışımızı təqdim etdik", - Ali Baş Komandan deyib.

Bundan əlavə, tərəflər Ukrayna Silahlı Qüvvələrinin mərmi, silah və hərbi texnikaya ehtiyacını müzakirə ediblər.

"Biz yaxşı xəbər gözləyirik", - Zalujnı vurğulayıb.

Onun sözlərinə görə, tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, yaralıların təxliyəsi üçün əlavə nəqliyyat vasitələri, texnikanın təmiri və hərbi hissələrin döyüş effektivliyinin bərpası yollarının tapılmasına diqqət yetiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol