Menu

NATO Soyuq Müharibədən sonrakı ən böyük təlim keçirəcək

16.09.2023, 23:18
NATO Soyuq Müharibədən sonrakı ən böyük təlim keçirəcək

Şimali Atlantika Alyansı 2024-cü ildə Soyuq Müharibədən sonra tarixində ən böyük təlim keçirəcək.

APA-nın TASS-a istinadLA verdiyi məlumata görə, bunu Alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Osloda keçirilən NATO Baş Qərargah rəislərinin illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

2024-cü ildə NATO Soyuq Müharibədən sonrakı ən böyük “Steadfast Defender” təlimini keçirəcək.

Bauerin sözlərinə görə, Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək təlimlərdə 40 mindən çox insan iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol