Menu

Ukraynada Müdafiə Sənayesi Forumu keçiriləcək

17.09.2023, 09:28
Ukraynada Müdafiə Sənayesi Forumu keçiriləcək

Ukraynada yaxın vaxtda Müdafiə Sənayesi Forumu keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi "Telegram" kanalında yayımlanan videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, belə bir tədbir ilk dəfə keçiriləcək:

"Biz Ukraynada ilk dəfə keçiriləcək Müdafiə Sənayesi Forumuna hazırlaşırıq. Forum payızda baş tutacaq. Tədbirə maraq çox yüksəkdir".

Ukrayna lideri qeyd edib ki, keçiriləcək forum Ukraynanın gücünü və potensialını, özünu müdafiə etmək qabiliyyətini tam əks etdirəcək.

Vladimir Zelenski diqqətə çatdırıb ki, artıq dünyanın 21 ölkəsini təmsil edən 86 aparıcı müdafiə sənayesi şirkəti forumda iştirakını təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol