Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir qrup şəxsin güc yolu ilə ölkədə hakimiyyəti dəyişməyi planlaşdırması barəsində bəyanat yayıb.
“AzPolitika.info” “Qruziya online” portalına istinadla xəbər verir ki, bəyənatda ölkə daxilində və xaricində hazırlanmış plana əsasən bu ilin oktyabr-dekabr ayları ərzində müəyyən qrupların destabilizasiya təşkil etməyi planlaşdırdığını, son məqsədin isə hökuməti güc yolu ilə dəyişdirmək olduğu bəyan ediıib.
Qeyd olunub ki, destruktiv proseslərin başladılması üçün Avropa Komissiyasının hesabatının dərc ediləcəyi oktyabr-dekabr ayları seçilib.
Bəyanatda qeyd olunub ki, sözügedən planın müəllifləri arasında keçmiş hökumətin vəzifəli şəxsləri, sabiq Prezident Saaakaşvilinin cangüdəni, həmçinin Ukrayna hərbi kəşfiyyatı, eləcə də Ukraynada vuruşan Gürcü Legionunun komandanlığı var.
Planın müəlliflərindən birinin Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini, hazırda isə Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidze olduğu iddia edilir. Eləcə də Prezident Qvardiyasının keçmiş üzvü Mixail Baturin və Gürcüstan legionunun komandiri Mamuka Mamulaşvilinin adı çəkilir..
Bəyanata görə, Gürcüstanda qarışıqlığın yaradılması məqsədilə Ukraynada döyüşlərdə iştirak edən gürcülərdən, həmçinin Ukrayna-Polşa sərhədində təlim keçmiş gürcü gənclərdən istifadə ediləcək.
Bəyanatda vurğulanıb ki, risklərin neytrallaşdırılması məqsədilə DTX bütün zəruri tədbirləri digər qurumlarla koordinasiyalı şəkildə həyata keçirəcək.
Qurum bildirir ki, təşkilatçılar Gürcüstanda 2014-cü ildə baş vermiş Ukraynanın “Avromaydan” hərəkatına bənzər bir ssenarinin həyata keçirilməsi imkanını nəzərdən keçirirlər.
Planın bəzi xarici ölkələrin koordinasiyası və maliyyə dəstəyi ilə həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər