Menu

Rumıniyadan sonra Bolqarıstanda da partlayıcı daşıyan dron aşkarlandı

18.09.2023, 17:46
Rumıniyadan sonra Bolqarıstanda da partlayıcı daşıyan dron aşkarlandı

Həftə sonu Bolqarıstan ərazisində partlayıcı qurğu daşıyan pilotsuz təyyarə aşkarlanıb.

“AzPolitika.info” Politico-ya istinadən xəbər verir ki, Bolqarıstanın Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, NATO ölkəsinin Qara dəniz sahilindəki Tyulenovo şəhərinin şimalında tapılan pilotsuz təyyarəni məhv etmək üçün xüsusi bölmə göndərilib.

Tyulenovo Rumıniyanın cənub sərhədindən təxminən 30 kilometr, Rusiyanın yayda raket və pilotsuz təyyarələrlə bombaladığı Ukraynanın Dunay limanlarından isə yüzlərlə kilometr uzaqlıqdadır.

Bolqarıstan mətbuatının məlumatına görə, vətəndaşlar pilotsuz uçan aparatı bazar günü axşam saatlarında tapıblar. Müstəntiqlər aşkar ediblər ki, pilotsuz uçan aparata partlayıcı sursat əlavə edilib.

Bolqarıstan müdafiə nazirinin müavini Yordan Bojilov bildirib ki, pilotsuz uçan aparatın mənşəyini və onun Rusiyaya, yoxsa Ukraynaya aid olduğunu müəyyən etmək çətindir.

Bu ayın əvvəlində Rumıniya da Ukrayna sərhədi yaxınlığında öz ərazisində Rusiya pilotsuz uçan aparatının qalıqlarını tapdığını bildirib. Rumıniya Prezidenti Klaus İohannis Rusiyanın pilotsuz təyyarəsinin qalıqlarının Rumıniyaya enməsinin “Rumıniyanın suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması” olacağını deyib.

NATO üzvü olan Bolqarıstan və Rumıniya hərbi alyansın müqavilələrinin 5-ci maddəsinə əsasən qorunur və bu maddəyə görə bir üzvə hücum bütün üzvlərə hücum hesab olunacaq.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol