Menu

Suriya və İraqda 10 il döyüşən, öldüyü elan edilən İŞİD üzvünə hökm oxunub

18.09.2023, 18:15
Suriya və İraqda 10 il döyüşən, öldüyü elan edilən İŞİD üzvünə hökm oxunub

2016-cı ildə Suriyada döyüşlərdə iştirak edərkən öldüyü elan edilən Şahin Salayevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Şahin Salayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şahin Salayev İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edib. Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunub.

Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsinin olduğu bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Ş. Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol