Xəbər verildiyi kimi, bu gün saat 09:00 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Həlak olanların “AzərEnerji” ASC-nin əməkdaşları olduğu bildirilib.
Bu barədə “AzPolitika.info”-ya açıqlama verən “AzərEnerji” ASC-nin mətbuat katibi Teymur Abdullayev yayılan xəbərləri təkzib edib. O, qeyd edib ki, sözügedən qəzada həlak olan şəxslər “AzərEnerji”-nin əməkdaşları olmayıb.
“Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb. Məlumat olaraq bildiririk ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır. “AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir”,-deyə o bildirib.
“AzPolitika.info”
***
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Mühakimə edilməmiş soyqırım terrorçu qalıqlarının, ya saxta sənədli vətəndaşların Azərbaycanın coğrafi mərkəzindən gözlənilən (parallel) Vətəndaş Müharibəsi təhlükəsizliyinə Müzəffər dövlətimizdən xaric heç bir Beynəlxalq qurum, yaxud dövlətin məsuliyyət daşımadığı dünyada hər kəsə-vətəndaşa məlumdur?