“Polisə Dəstək” İctimai Birliyi bu gün bəyanat yayıb.
Bəyanatda deyilir:
10 noyabr 2020-ci il Qarabağ atəşks bəyanatının imzalanmasından sonra Ermənistanın siyasi hərbi xuntası, onlara havadarlıq edən bəzi Avropa ölkələrinin tapşırığı və istəyilə hər gün mövqelərimizi Rusiya sülhməramlılarının gözü qarşısında atəşə tutur, azad olunmuş ərazilərdə basdırılan minaların xəritələrini verməkdən imtina etməklə, quruculuq işlərinin getdiyi yeni əraziləri də minalamaqla məşğul olur. Bununla da, Ermənistan tərəfdar çıxdığı, tanıdığı və imzaladığı 10 noyabr bəyanatının tələblərini kobud şəkildə və müstəsna həyasızlıqla pozmaqda davam edir.
Azərbaycan ərazisində yerləşdirilən qeyri-qanuni hərbi birləşmələrin - erməni separatçı qüvvələrinin hərbçilərimizə qarşı qəfil hücumları nəticəsində yaralananlar və ölənlər var, belə mənfur addımlar hələ də davam etməkdədir.
Bütün bunlara baxmayaraq Qafqazda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına ciddi təhlükələrlə mane olurlar. Belə ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış və baş vermiş xüsusilə ağır cinayətin törədilməsi nəticəsində iki mülki şəxs və Daxili İşlər Nazirliyinin dörd əməkdaşı həlak olmuşdur. Bununla da Azərbaycanın suverenıiyinə qarşı büynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinin məhz elə beynəlxalq aləmin gözü qarşısında pozulmasının şahidi oluruq.
Azərbaycan xalqının fundamental dəyər və məqsədləri, habelə insan, cəmiyət və dövlətin tərəqqisini təmin edəcək siyasi, iqdisadi, sosial və digər tələbatların həyata keçirilməsinə ciddi zərər yetirilir. Ermənistan dövlətinə havadarlıq edənlərin iştirakı və dəstəyi ilə dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasına, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinə təhdidlər davam edir.
“Polisə Dəstək” İctimai Birliyi bəyan edir ki, dünyanın gözü qarşısında baş verənlər Ermənistan xunta rejiminin, onun havadarlarının içtirakı və dəstəyi ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə, qlobal və regional təhlükəsizliyə, habelə sabitliyə töhfə verən dəyərlərin qorunmasına açıq-aşkar bir təhdid ssenarisinin təsdiqidir.


Şərhlər