Menu

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatını rədd edir

19.09.2023, 19:04
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatını rədd edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının son hərbi eskalasiyanın səbəblərini, habelə Ermənistan silahlı qüvvələrinin həm mülki əhaliyə, həm də hərbi qulluqçulara qarşı həyata keçirdiyi qanunsuz hərbi fəaliyyətin dayandırılması istiqamətində Azərbaycanın öz suveren ərazilərində fəaliyyətini qəsdən təhrif edən bəyanatını rədd edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkənin Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri ilə bağlı bəyanatını şərhində deyilir.

Şərhlər

Bəhrami 2023-09-19 19:31:03

Avropa İttifaqı BMT TŞnın və hədsiiz gecikmiş dünyəvi ədalət hüququna qarşı çıxırmı? Milyonlarla ailələrin doğma yuvasına vəhşi-hərbi terror cinayətlərinə nə qədər, neçə il güzəşt və dözmək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol