Menu

"BMT Təhlükəsizlik Şurası 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib" - Ərdoğan

19.09.2023, 20:44
"BMT Təhlükəsizlik Şurası 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib" - Ərdoğan

“Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, dünya bu gün yeni bir qlobal boranla üz-üzədir. Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylər göstərir, tərəfləri danışıqlar masasına qaytarmağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol