Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda qanunsuz erməni hərbi birləşmələrinə qarşı başlatdığı anti-terror əməliyyatı uğurla davam edir.
“AzPolitika.info” xəbər verir ki, əməliyyatın ikinci günündə bir qrup Xankəndi sakini öz istəyi ilə bölgəni tərk etmək qərarına gəlib.
Onlar Qarabağda müvvəqəti yerləşdirilən Rusiya sülhməramlılarının müşayiəti altında Xocalı hava limanının ərazisinə təxliyə ediliblər.
Həmin görüntüləri təqdim edirik:
Eyni zamanda, qondarma rejimin başçıları onları sığınacaqlarda qalmağa çağırıblar.


Şərhlər