Menu

Şoyqu İranda Cənubi Qafqazı müzakirə edib – “Regionda qeyri-sabitliyin əsas səbəbi...”

20.09.2023, 16:53
Şoyqu İranda Cənubi Qafqazı müzakirə edib – “Regionda qeyri-sabitliyin əsas səbəbi...”

İranın Ali Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Əli-Əkbər Əhmədyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

“AzPolitika.info” “Mehr” agentliyinə istinadla xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, xüsusilə Qafqaz regionunda baş verən hadisələr əsas yer tutub.

Əhmədyan və Şoyqu Tehran və Moskva arasında əlaqələrin genişlənməsini və mütəşəkkil terrorizmə qarşı mübarizə aparıldığını vurğulayaraq, regionda təhlükəsizlik və qeyri-sabitliyin əsas səbəbi kimi regiondankənar ölkələrin müdaxiləsini göstəriblər.

Rəsmilər qeyd ediblər ki, xarici müdaxilələrə son qoymağın effektiv yolu kimi kollektiv təhlükəsizliyə nail olmaqdır, bunu üçün regional əməkdaşlığın artırılması lazımdır.

Xatırladaq ki, Şoyqu çərşənbə axşamı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin dəvəti ilə Tehrana gəlib. Görüşdən sonra Baqeri bildirib ki, Tehran və Moskva yaxın vaxtlarda hərbi əməkdaşlıq haqqında uzunmüddətli sazişin hazırlanması üzərində işləyirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol