Menu

“NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər müharibəyə hazırlıqdır” - Rusiya XİN

20.09.2023, 17:22
“NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər müharibəyə hazırlıqdır” - Rusiya XİN

“NATO-nun 2024-cü ildə planlaşdırdığı hərbi təlimlər Rusiya ilə müharibəyə hazırlıqdır”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, bu təlimlər həm də təxribat və güc nümayişidir: “Bu güc nümayişi Rusiyaya hərbi-siyasi təzyiq cəhdidir. Bunun Rusiya ilə hərbi toqquşmaya hazırlığın bir hissəsi olduğuna şübhə yoxdur”.

Nazir müavininin sözlərinə görə, proseslər Rusiyanın qərb və şimal-qərb sərhədlərinin gücləndirilməsinin vacibliyini göstərir.

Qeyd edək ki, Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer daha əvvəl NATO-nun 2014-cü ildə soyuq müharibədən bəri ən böyük hərbi təlimi keçirəcəyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol