Məlum olduğu kimi, bu gün Qarabağın kiçik bir hissəsində qalan erməni azlığının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax şəhərinə gəliblər.

“AzPolitika.info” xəbər verir ki, sözügedən görüşdə Qarabağ ərazisində qalan erməniləri təmsil edən şəxslər qondarma rejimin "deputatı" David Melkumyan və Sergey Martirosyandır.

Onlarla danışıqları Milli Məclisin deputatı, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov aparır.

Qeyd edək ki, bir sıra yerli KİV-lərdə yayılan yalnış məlumata görə, guya Azərbaycan tərəfi ilə görüşə qondarma rejimin keçmiş başçısı Araik Arutyunyanın qardaşı Artur Arutyunyan da gəlib. Lakin bu, öz təsdiqini tapmayıb, erməni KİV-lərdə görüşdə A. Arutunyanın iştirak etmədiyini bildiriblər.

Buradan da aydın olur ki, rəsmi Bakı daha öncə də bəyan etdiyi kimi, yalnız əli Azərbaycan vətəndaşlarının qanına batmayan, Azərbaycana qarşı terrorun bir parçası olmayan şəxslərlə təmas qurur.

“AzPolitika.info”