Gürcüstanın hazırda həbs həyatı yaşayan keçmiş Prezidenti Mixail Saakaşvili regionda baş verən son hadisələrlə bağlı paylaşım edib.
“AzPolitika.info” xəbər verir ki, sabiq dövlət başçısı “Facebook” səhifəsindən etdiyi paylaşımda bunları yazıb: “Bu gün nə baş verir? Azərbaycan, nəhayət, öz ərazisini geri alır, Ermənistan Rusiyanın yüz illik əsarətindən azad edilir, Ukrayna hərbi və diplomatik cəbhədə uğurla irəliləyir. Gürcüstan isə 2013-cü ildə itirilən beynəlxalq mövcudluq ilə yanaşı, dövlət müstəqilliyini də itirir. Hərəkətə keçmək zamanıdır!”
“AzPolitika.info”


Şərhlər