Yevlaxda Azərbaycan Prezidentinin nümayəndəsi və Qarabağın erməni icmasının təmsilçiləri arasındakı danışıqlar müsbət əhval ruhiyyədə keçib.
"AzPolitika.info" «RİA Novosti»yə istinadən xəbər verir ki, bunu Rusiya-Türkiyə Sülhməramlı Mərkəzində Rusiyanın nümayəndələri bildirib.
Onlar Yevlaxdakı danışıqlarda müsbət əhval-ruhiyyənin olduğunu, sülhməramlıların işinə heç kimin müdaxilə etmədiyini, Azərbaycan tərəfi ilə sıx qarşılıqlı əlaqənin olduğunu qeyd ediblər.
Rusiya sülhməramlılarının nümayəndələrindən biri RİA-ya bildirib: “Biz Azərbaycan və Türkiyə tərəfləri ilə sıx əməkdaşlıq edirik. Bizim işimizə heç kim əngəl yaratmır, əksinə, hamı maksimum köməklik göstərir, tərəflər yaxşı münasibət göstərirlər. Tam qarşılıqlı anlaşma və qarşılıqlı yardım var”.
Rüfət
"AzPolitika.info"

Şərhlər
Rusiya nümayəndəliyi olan yerdə xeyir olmaz.Görəsən,bizi ruslar indi nə ilə təhdid edəcəklər?