Menu

İdxal olunan avtomobillərin gömrük qiyməti artıb

25.11.2014, 13:56
İdxal olunan avtomobillərin gömrük qiyməti artıb

Bu ilin 3 rübündə rəsmi distribütorlar və dilerlər 26 ölkədən Azərbaycana 28 540 minik avtomobili tədarük edib. Bu, ümumi idxalın 65,6%-dir.

Gömrük Komitəsinin məlumatına görə, bu il minik avtomobillərinin ümumi bəyannamə qiyməti $337,8 mln olub. Bir minik avtomobili orta hesabla $11 837-a rəsmiləşdirilib. 2013-cü ildə bu göstərici $8 157 olub.

İlin əvvəlindən xaricdən mühərrikinin həcmi 3000 sm3  çox olan 2624 avtomobil alınıb. Onlar gömrükdə orta hesabla $34 643-a rəsmiləşdirilib .

Mühərrikinin həcmi 3000 sm3  çox olan çoxlitrajlılar (693 ədəd) Almaniyadan orta hesabla $64 864-a, onların ABŞ analoqu (375) $18 152-a, Britaniyadan (191) - $55 149-a, Yaponiyadan (995) - $20 428-a, Koreyadan (259) - $9 085-a gətirilib. İtaliya markaları daha bahadır – $120,3 min. İlin əvvəlindən Azərbaycana mühərrikinin həcmi 3000 sm3  çox olan 30 avtomobil gətirilib. DGK-nın məlumatına görə, 9 ayda idxal coğrafiyası belə olub:

Ölkə

Avtomobil sayı

Ümumi qiymət ($ min)

Almaniya

4503

69202,3

ABŞ

980

17 816,2

Britaniya

650

15 895,2

Çexiya

390

3 250,9

Çin

1977

17 090,8

Fransa

276

3 393,1

Hindistan

726

6 301

İtaliya

63

4401,1

İran

1317

4 464,8

İspaniya

247

2 968,2

İsveç

23

877,8

Kanada

3

170

Koreya

7092

68 218

Macarıstan

10

176

Meksika

46

555,7

Rumıniya

56

586,5

Slovakiya

92

3 615,5

Tailand

684

9 244,4

Türkiyə

603

7 974,9

Tayvan

157

968,3

Yaponiya

4811

65 027,9

RF

2418

19 888

Özbəkistan

1384

14 435,5

Qeyd edək ki, minik avtomobillərini dövlət strukturları da alır. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol