Menu

Ceyhun Bayramov Qarabağdakı vəziyyətlə bağlı BMT TŞ-də keçiriləcək iclasa qatılacaq

21.09.2023, 20:21
Ceyhun Bayramov Qarabağdakı vəziyyətlə bağlı BMT TŞ-də keçiriləcək iclasa qatılacaq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçiriləcək müzakirələrə qatılacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin müraciəti ilə baş tutacaq iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol