ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra yeni hərbi yardım paketini təsdiqlədiyini açıqlayıb.
“AzPolitika.info” qərb mətbuatına istinadla xəbər verir ki, tranşın ümumi dəyəri 325 milyon dollardır. BBC xəbər verir ki, keçən il təsdiqlənmiş proqram çərçivəsində bu məbləğdə olan hərbi ləvazimatlar birbaşa hərbi anbarlardan Ukraynaya veriləcək.
Gözlənildiyi kimi, siyahıda HİMARS-lar üçün 300 km mənzilli ATACMS raketləri yoxdur. Ukrayna kaset sursatları da daxil olmaqla 155 mm-lik artilleriya mərmiləri alacaq. Ukrayna ordusu həmçinin “Stinger” raketlərindən atılması üçün istifadə edilən, yəni ilk növbədə döyüş meydanında istifadə üçün nəzərdə tutulan “Qisasçı” komplekslərini də alacaq.
Qeyd olunur ki, AIM-9M hava hücumundan müdafiə raketləri Ukraynanın mövcud Sovet istehsallı təyyarələrində yerləşdirilə bilən hava-hava raketləridir. Onlar "F-16” çoxməqsədli qırıcıların tədarükü zamanı da istifadə edilə bilər.
Paketə həmçinin dron əleyhinə pulemyotlar, 105 mm-lik mərmilər, 3 milyon atıcı silah patronu, tank əleyhinə “Javelin” sistemləri, TOW tank əleyhinə raketlər və yüngül taktiki maşınlar daxildir.
Bayden və Zelenski arasında aparılan danışıqlardan sonra məlum olub ki, ilk M1 Abrams tankları gələn həftə Ukraynaya gələcək. Bayden bu barədə Ağ Evdə Oval Ofisdə danışıqlardan sonra Zelenski ilə birlikdə jurnalistlərə açıqlamasında deyib.
Zelenski jurnalistlərə deyib ki, ABŞ qarşıdan gələn qışda Ukraynanın müdafiəsini, xüsusən də hava hücumundan müdafiə sistemlərini gücləndirməyə kömək etməyə söz verib.
“AzPolitika.info”


Şərhlər