Menu

Azərbaycan bu xəstəlikdən ölənlərin sayına görə ikincidir - Acınacaqlı statistika (SİYAHI)

22.09.2023, 14:14
Azərbaycan bu xəstəlikdən ölənlərin sayına görə ikincidir - Acınacaqlı statistika (SİYAHI)

Dünya üzrə ürək xəstəliklərindən ölümə görə ölkələrin siyahısı açıqlanıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “World life expectancy” araşdırma mərkəzi məlumat yayıb.

Paylaşılan məlumatlara görə, sözügedən siyahıda Azərbaycan ikinci sırada qərarlaşıb. Ürək xəstəliklərindən ölüm hallarının ən az olduğu ölkələr – Cənubi Koreya, Fransa, Yaponiya və İsrail olub.

Ürək xəstəliklərindən vəfat edən şəxslərin çoxluq təşkil etdiyi ilk 10 ölkə bunlardır:

1. Tacikistan

2. Azərbaycan

3. Özbəkistan

4. Ukrayna

5. Oman

6. Əfqanıstan

7. Vanuatu

8. Solomon Adaları

9. Monqolustan

10. Belarus.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-09-22 15:46:35

Ürək xəstəliklərinin ən az olduğu ölkələrə baxın,dördünün də əhalisi əsasən dəniz məhsulları yeyir,ən çox da Yaponiya.Əlbəttə xəstəlik az olacaq.Xəstəliklərin ən çox olduğu ölkələrdə isə şappaşap qoyun,öküz,at əti yeyirlər.Biz də istəyirik balıq çox yeyək,amma nə sirrdisə çaylardan,dənizlərdən hazır halda tutduğumuz balıqlar süfrəmizə gələnə qədər qoyun ətindən də baha olur.Halbuki ən ucuz qida balıq olmalıdı.Çünki yeməyini vermirik,suyunu vermirik,naxıra göndərmirik,baytar həkiminə-dərmana filana ehtiyacı yoxdu,elə isə niyə bu qədər bahadır görəsən?

Azər Ağayev 2023-09-22 15:34:36

Bəs səbəbi? Əsas səbəblər: Ölkədə səhiyyə ən aşağı səviyyədə təşkil olunub,Səhiyyədə iki yanaşma (TƏBİB və SN ),Xidmətlərin qoymətləri sadə xalq üçün pullu və əlçatmaz,Dərmanlar baha və keyfiyyətsiz.Ən yaramazı isə bu sahələrin nəzarətsiz buraxılmasıdır.Dövlət bu sahəni patçalayıb və özbaşına buraxıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol