“Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qoşunların çıxarılması prosesinin təşkili və əməliyyatlar zamanı təxliyə edilmiş şəxslərin yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə qondarma qurumun informasiya mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, insanların Qarabağ ərazisinə giriş-çıxış proseduru da müzakirə olunur.

“Teleqram” kanallarında yayılan məlumatlara görə, Qarabağ ərazisindəki qanunsuz silahlı dəstələrin bir qismi Rusiya sülhməramlılarının təslim olmaqla bağlı çağırışlarını rədd edib. Onların əsasən Ağdərə rayonundakı mövqelərdə qaldıqları bildirilir. 

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Xocavənd, Əsgəran rayonlarının yaxınlığında mövqe tutaraq qanunsuz dəstələrin 3 gün ərzində təslim olaraq silah-sursatlarını təhvil vermələrini tələb edib. Əks halda onların zərərsizləşdiriləcəyi gözlənilir.

“AzPolitika.info”