Menu

Keçmiş prezident ömürlük həbsə məhkum edilib

22.09.2023, 19:22
Keçmiş prezident ömürlük həbsə məhkum edilib

Mərkəzi Afrika Respublikasının (MAR) keçmiş prezidenti Fransua Bozize qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

“Report” xəbər verir ki, bu barədə Fransanın “France-Presse” nəşri məlumat yayıb.

Məlumata görə, MAR məhkəməsi Bozizeni sui-qəsd və üsyanda təqsirli bilib.

Qeyd edək ki, Bozize dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. O, 2003-cü ilin yazından devrildiyi 2013-cü ilin martına qədər ölkə prezidenti vəzifəsini icra edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol