Menu

Bolqarıstanda helikopter qəzaya uğrayıb

22.09.2023, 23:35
Bolqarıstanda helikopter qəzaya uğrayıb

Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında meşə sahələrinin kimyəvi reagentlərlə təmizlənməsi tapşırığını yerinə yetirən helikopter qəzaya uğrayıb.

“Report” BTV-yə istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsini idarə edən pilot həlak olub.

Helikopter yerli vaxtla saat 08:00 radələrində (Bakı vaxtı ilə 09:00-da) meşə sahələrini dərmanlamaq üçün havaya qalxsa da, Plovdiv bölgəsində yerləşən bazaya qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol