Menu

ABŞ Polşadan izahat tələb edir - Ukraynaya hərbi yardımı dayandırdığı üçün

23.09.2023, 11:35
ABŞ Polşadan izahat tələb edir - Ukraynaya hərbi yardımı dayandırdığı üçün

Birləşmiş Ştatlar Polşaya müraciət edərək, Baş nazir Mateuş Moravetskinin ölkəsinin Ukraynaya “özünü yenidən silahlandırdığına görə” bundan sonra hərbi yardım göstərməyəcəyi barədə sözlərinə izahat tələb edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə sahəsində çalışan rəsmilərindən biri «Bloomberg» agentliyinə məlumat verib.

Anonimlik şərti ilə danıışan rəsmi bildirib ki, Polşa hələ də Ukraynanı dəstəkləməyə sadiqdir, lakin onun dəqiq mövqeyi bəlli deyil.

Bununla belə, o əlavə edib ki, Kiyev və Varşava arasındakı fikir ayrılıqları hələ ki, Ukraynanı dəstəkləyən koalisiyanın birliyinin pozulmasına səbəb olmayıb.

Avropadakı diplomatik mənbə isə «Bloomberg»-ə bildirib ki, polşalı diplomatlar xarici həmkarlarını kiçik miqyasda da olsa, Ukraynaya yardımı davam etdirəcəklərinə əmin ediblər.

Mənbə əlavə edib ki, Polşadan dəstəyini itirmək Ukraynanın hərbi kampaniyası üçün fəlakətli ola bilər, çünki bu hal, NATO-nun birliyini pozmaq təhlükəsi yaradır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol