Menu

"Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir" - Prezidentin köməkçisi

23.09.2023, 19:32
"Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir" - Prezidentin köməkçisi

Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib.

"Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik", - H.Hacıyev əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol