Menu

İtaliya mafiyasının bossu 63 yaşında vəfat edib

25.09.2023, 09:14
İtaliya mafiyasının bossu 63 yaşında vəfat edib

“Koza nostra” cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro uzun sürən xəstəlikdən sonra İtaliyanın Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, italiyalı Denaro 2020-ci ilin sonunda ona diaqnoz qoyulan yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkib. Bu ilin yanvarında tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub. Ölümdən öncə üç gün komada qalıb. Ömrünün son günlərində onun yanında kiçik qızı Lorentsa Alanya və bacısı Covanna olub.

Cümə günü mafioz sonrakı müalicə və qidalanmadan imtina edib və sağalmaz elan edilib.

Şərhlər

MINIZDRV 2023-09-25 09:20:43

Cox onemli ehemiyyrtli herkesin bilmesi ucun cox vacib xeber idi teshshekkur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol