Bazar günü axşam saatlarında Moskva hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.
“AzPolitika.info” Rusiya “Teleqram” kanallarına istinadla xəbər verir ki, bu gün səhər də təyyarələrin uçuş və enişlərində fasilələr davam edib. Səbəb Ukraynanın paytaxta yeni dron hücumları ilə bağlıdır.
Yerli kanalları xəbər verir ki, dünən saat 22:26-da “Vnukovo” hava limanında təyyarələrin gəlişi və çıxışı müvəqqəti dayandırılıb, Təxminən eyni vaxtda “Domodedovo” hava limanı fəaliyyətini tam dayandırıb. “Şeremetyevo”da bir neçə reys gecikdirilib.
“AzPolitika.info”


Şərhlər