Hər fürsətdə insan haqları ilə bağlı digər cəmiyyətləri mühakimə etməkdən çəkinməyən, özünü sülh tərəfdarı kimi qələmə verən Qərb, növbəti skandal hərəkəti ilə yadda qalıb.
“AzPolitika.info” xəbər verir ki, Qərbin növbəti raiyakarlığı bu dəfə Kanada parlamentində özünü biruzə verib.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin parlamentdə çıxışı zamanı İkinci Dünya Müharibəsində milyonlarla dinc sakini qətlə yetirmiş, soyqırımlar törətmiş nasistlərin 14-cü “SS Waffen Grenadier” diviziyasında xidmət edən ukraynalı hərbçi 98 yaşlı Yaroslav Hunka böyük ehtiram və hörmətlə yad edilib.
Zalda əyləşənlər Hunkanı salamlayaraq, onu yaqüstə alqışlayıblar. Bu zaman Zelenskinin əlini yumruq halına gətirərək, nasist hərbçini salamlası da diqqətdən yayınmayıb.
Kanadanın Baş naziri Castin Trüdo isə Yaroslov Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib və ona xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, Kanada parlamentində yaşanan bu olay sosial şəbəkələrdə ciddi narazılıq və etirazlara səbəb olub.
“AzPolitika.info”


Şərhlər
Artıq dünyada yaşayan siyasətdən kənar adamlar üçündə Rusya Ukrayna muharibəsi qaranlıq deyil.