Menu

ABŞ Ukraynaya "Abrams" batalyonu göndərdi

25.09.2023, 16:06
ABŞ Ukraynaya "Abrams" batalyonu göndərdi

ABŞ-ın "Abrams" tanklarının ilk partiyası Ukraynaya gəlib. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Ukraynanın dəqiq neçə tank aldığı açıqlanmır.

Ümumilikdə Pentaqon bu modelin 31 tankını, yəni bir tank batalyonunu Ukraynaya ötürmək niyyətində idi. ABŞ-ın son hərbi yardım paketlərinə "Abrams" tankları üçün tükənmiş uran mərmiləri daxildir.

Xatırladaq ki, yazın sonunda ABŞ Ukrayna hərbçilərinə - həm tank ekipajlarına, həm də mexaniklərə "Abrams" üzərində təlimlər keçməyə başlayıb. Bu məqsədlə 31 tank Almaniyadakı "Grafenwoehr" hərbi bazasına köçürülüb. Bildirilib ki, “Abramslar” Ukraynaya gələnə qədər hərbi personalın hazırlığı başa çatdırılmalıdır ki, dərhal onlardan döyüş meydanında istifadə etməyə hazır olsunlar. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol