Menu

Ermənistan parlamentinin komissiyası Roma Statutunun ratifikasiyasını müzakirə edəcək

26.09.2023, 12:40
Ermənistan parlamentinin komissiyası Roma Statutunun ratifikasiyasını müzakirə edəcək

Ermənistan parlamentinin müvafiq komissiyası 28 sentyabrda Roma Statutunun ratifikasiyasını müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında keçiriləcək müzakirələrdən sonra sənədin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.

Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol