Menu

İsrail Ukraynaya nüvə təhlükəsizliyi ilə bağlı avadanlıq verib

26.09.2023, 17:10
İsrail Ukraynaya nüvə təhlükəsizliyi ilə bağlı avadanlıq verib

İsrail hökuməti Ukraynaya nüvə təhlükəsizliyinin təmin edilməsi üçün avadanlıq verib.

APA xəbər verir ki, bu barədə İsrailin Atom Enerjisi Komissiyasının rəhbəri Moşe Edri AEBA Baş Konfransının 67-ci sessiyasında çıxışı zamanı bildirib.

Moşe Edri Ukraynada baş verən hadisələr fonunda nüvə təhlükəsizliyi məsələlərinin qlobal səviyyədə geniş müzakirəsinin aparılmasının tərəfdarı olduğunu bildirib.

Edri çıxışında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məqsəd və vəzifələrinin İsrail tərəfindən tam dəstəklədiyini və ölkəsinin Agentliklə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol