Menu

Rusiyada “WhatsApp” kanalı olmayacaq – “Meta” şirkəti Kremllə razılaşdı

26.09.2023, 17:19
Rusiyada “WhatsApp” kanalı olmayacaq – “Meta” şirkəti Kremllə razılaşdı

“WhatsApp” messenceri rusiyalı istifadəçilərə kanal yaratmağa icazə verməyəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti “WhatsApp”ın sahibi olan “Meta” şirkətinin nümayəndəsinə istinadən xəbər yayıb.

Messencer Rusiyada “WA Channels” kanal xidmətini işə salmayacaq. "Məhsul yaxın gələcəkdə Rusiya daxilində istifadəçilər üçün əlçatan olmayacaq", - mənbə “The Moscow Times”-ə bildirib. Digər ölkələrdə istifadəçilər bu fürsətdən bir neçə həftə ərzində yararlana biləcək.

Xatırladaq ki, Rusiya hakimiyyəti öz vətəndaşlarına kanal yaratmağa icazə verərsə, “WhatsApp”ı bloklamaqla hədələmişdi. Bu halda, messencerin yalnız sosial şəbəkə funksiyaları olacaq. Rəsmilər artıq bloklanmış “Facebook” və “İnstaqram” kimi, “Meta”ya məxsus olan başqa alətləri də "ekstremist" hesab etdiklərini bildiriblər. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiyada “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkələri də daxil olmaqla minlərlə internet saytı bloklanıb. Bloklamadan yan keçmək üçün istifadəçilər VPN xidmətlərindən istifadə edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol