Qarabağda yaşayan ermənilərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistanın Gorus rayonu istiqamətinə köç etməsi davam edir.
APA xəbər verir ki, Xankəndi, Xocavənd, Əsgəran və keçmiş Ağdərə rayonundan gələn erməni ailələr Azərbaycan torpaqlarını tərk edərək buraxılış məntəqəsindən maneəsiz keçərək gedirlər.



Şərhlər
euronews kanalı iddia edir ki, bu günə kimi Laçın koridorundan 20270 erməni köç edib, partlayış nəticəsində 125 erməni həlak olub. Görəsən köçənlərin və ökənlərin statistikası aparılırmı? Bir erməninin yasına azərbaycanlı dostu gəlib çıxır və kirvəsinə ağı deyir: ölən sizdən a kirvə hönkürən bizdən. Erməninin qohum-əqrəbası: nə yaxşı dil deyirsən, dilinə qurban. Eybi yox hönkürmə məsələsinə biz baxarıq.
Çıxanları mütləq saymaq lazımdır. Ermənilər 25 sentyabr axşama 6600 nəfərin Ermənistana gəldiyini deyirdilər, dünən (26 sentyabr) axşam isə 28 minə çıxardılar. Ola bilər ki, bu həqiqət olmasın və onların məqsədi 120 min erməni məsələsini şişirtmək olsun. Ona görə Sərhəd Xidməti dəqiq saymalı və bunun sübutlarını əlində saxlamalıdır.