Menu

Almaniyada neonasist reydləri Onlarla evdə axtarış aparılıb

27.09.2023, 12:43
Almaniyada neonasist reydləri  Onlarla evdə axtarış aparılıb

Almaniyada neonasist qrupların fəaliyyətinin qadağan olunmasından sonra, bu qruplara aid onlarla məkan və evdə reyd keçirilib.

"AzPolitika.info" bu barədə «Reuters»-ə istinadla xəbər verir.Almaniya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, qrupun “Artgemeinschaft” adlı qərargahında, həmçinin 39 üzvə məxsus 26 evdə səhər saatlarında axtarış aparılıb. Axtarışların 12 federal torpaqda aparıldığı qeyd olunur."Bu, sağçı ekstremizmə və bu günə qədər nasist ideologiyalarını yaymaqda davam edən nifaqçılara qarşı daha bir ağır zərbədir" — deyə daxili işlər naziri Nesi Fezer bildirib.Onun sözlərinə görə, neonasist qruplar gəncləri konstitusiya düşməni kimi yetişdirməyə çalışır..Almaniya hökuməti bu ay ABŞ-da kökləri olan başqa bir neonasist qrupu olan "Hammerskins Deutschland"ı qadağan edib. Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol