Menu

"Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?!" - Zaxarova

27.09.2023, 13:54
"Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?!" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir” bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb.

“Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol