Menu

Paşinyan Vardanyana “sahib çıxır” - Ermənistan XİN hərəkətə keçib

27.09.2023, 16:50
Paşinyan Vardanyana “sahib çıxır” - Ermənistan XİN hərəkətə keçib

Ermənistan XİN Ruben Vardanyanla bağlı hərəkətə keçib. 

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın TASS agentliyi Ermənistan XİN-dəki mənbələrinə istinadla bildirib.

Nazirlikdən deyiblər ki, Ermənistan öz vətəndaşı olan Ruben Vardanyanın hüquqlarını müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycanla rəsmi diplomatik əlaqələri, ölkəmizdə səfirliyi olmayan Ermənistanın bunu necə həyata keçirəcəyi bəlli deyil.

Amma o bəllidir ki, Nikol Paşinyan bununla da “bir güllə ilə iki dovşan vurur”. Bir tərəfdən xatırladılır ki, Vardanyan Rusiya yox, Ermənistan vətəndaşıdır və Moskvanın ona sahib çıxmağa, Bakının əlindən qurtarmağa heç bir hüquqi əsası yoxdur. Digər yandan, Paşinyan özünün qatı əleyhdarlarından və Ermənistanın indiki hökumətinə potensial təhlükə mənbələrindən biri olan Vardanyana sözdə “sahib çıxdığı” görüntüsü yaradır. Reallıqda isə Paşinyanın ürəyindən olar ki, Vardanyan birdəfəlik “gedər-gəlməzə” göndərilsin.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol