Məlum olduğu kimi, bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının ”dövlət naziri”” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
“AzPolitika.info” xəbər verir ki, Vardanyan “Toyota” markalı avtomobillə postu keçmək istəyib.
İlkin ehtimallara görə, o, diqqət cəlb etməmək üçün belə bir avtomobildən istifadə etmək qərarına gəlib.

“AzPolitika.info”


Şərhlər