Şimali Koreya hakimiyyəti iyul ayında qeyri-qanuni yollarla Cənubi Koreya sərhədini keçən və KXDR ərazisinə düşmüş ABŞ ordusunun əsgərini ölkədən deportasiya edəcəyinə söz verib.
"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Pxenyanın rəsmi xəbər agentliyi KCNA məlumat yayıb. “KXDR-in müvafiq orqanları respublika qanunlarına uyğun olaraq KXDR ərazisinə qanunsuz soxulan ABŞ ordusunun əsgəri Trevis Kinqi ölkədən çıxarmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Amerika əsgərinin hazırda harada olduğu dəqiqləşdirilməyib. Pxenyan həmçinin amerikalının nə vaxt və necə “ölkədən qovulacağını” açıqlamayıb. «Bloomberg»in məlumatına görə, Travis Kinq məsələsi Co Bayden administrasiyasının problemlərinə əlavə yük olub, çünki Vaşinqton çoxdandır Pxenyanla əlaqə qurmağın yollarını axtarır, Kim Çen In rejimi isə danışıqlar üçün təkrar müraciətlərdən yayınır.
Rüfət
AzPolitika.info


Şərhlər