Menu

30 il sonra meyitinin qalıqları Xocavənddə tapılan şəxsin nəşi ailəsinə təhvil verilib

28.09.2023, 09:51
30 il sonra meyitinin qalıqları Xocavənddə tapılan şəxsin nəşi ailəsinə təhvil verilib

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Nağıyev Cahid Şəfa oğlunun 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılan nəşi ailəsinə təhvil verilib.

"Report" xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır.

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Nağıyev 1969-cu il avqustun 26-da Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində anadan olub. O, 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol