Menu

MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə növbəti təlim keçirilib - FOTOLAR

28.09.2023, 23:10
MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə növbəti təlim keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər mənbələri: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlim keçirilib.

"AzPolitika.info" xəbər verir ki, 27-28 sentyabr tarixlərində keçrilən təlimdə müxtəlif media qurumlarında çalışan 40-dan artıq jurnalist iştirak edib.

Təlimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə mühazirə ilə çıxış ediblər.

Təlim çərçivəsində "Xarici siyasətdə medianın rolu", "44 günlük Vətən müharibəsində və son lokal anti-terror tədbirlərində yerli və xarici medianın fəaliyyəti", "Dövlət kommunikasiyası" mövzuları ətrafında maraqlı müzakirələr gedib.

Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol