Milli Məclisin deputatı Qənirə Paşayeva dəfn edilib.
Millət vəkili İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
10:27
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Hazırda mərhumun cənazəsi dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.
***
Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.
Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
O, sentyabrın 28-də vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər
Ağlına,millətçiliyinə, işgüzarlığına,gözəlliyinə heyran olduğum xanım millətvəkilimiz əbədiyyətə qovuşdu. Qənirə xanım obrazı ictimai-siyasi fəaliyyətdə olan müasir Azərbaycan xanımı necə olmalıdır sualına cavab verən mükəmməl obraz kimi daim xatirələrdə yaşayacaq.Allah ona rəhmət eləsin!
Görün səhiyyəmiz nə duruma salınıb.Başqa ölkə həkimləri gələndə atıq geç idi.Azərbaycada səhiyyənin (təhsil,sənaye də istisna deyil ) bu hala gəlib çıxmasının, ikiyanalıq (TƏBİB və SN ) yatadılmasının günahkarı kimsir? Bu aydınlaşdırılıb ortaya çıxarılmalı.cəmiyyətə çatdırılmalıdır ki, xalq bilsin ölkəyə düşmənçiliyi kimlər himayə edir.Axı belə davam etməsi daha neçə canları vaxtından tez məhv edə bilər,ölkəni iflic halına salar..