Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə bundan öncə sentyabrın 21-də Yevlaxda, 25-də isə Xocalıda görüş keçirilib.
***
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
Xatırladaq ki, bu, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında üçüncü görüşdür. Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi isə Xocalıda baş tutub.

Şərhlər