Qondarma qurumun sabiq “xarici işlər naziri” David Babayan həbs edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Respublika Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, istintaqla müəyyən edilmişdir ki, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş Babayan Davit Klimoviç həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinini təhlükəsizliyini təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də, Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.
Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılarq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilmişdir.

Bundan başqa, istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr vermiş və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmişdir.
Cari il sentyabrın 29-da L.Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunmuş və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir.
Hər iki şəxs barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına etap olunmuşlar.
Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaqki, Babayan bir neçə gün əvvəl Şuşaya gedərək, Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olacağını bəyan etmişdi. Qeyd etmişdi ki, Azərbaycan dövləti ondan təslim olmasını tələb edib.
“AzPolitika.info”

Şərhlər
Ardı gəlsin!
Fikirləşirsən, son iki yüz ili demirem hələ, yaxın tariximizin son 35 ilində ermənilərin dırnaqarası millet qəhramanlarının öz xalqının və Azərbaycanın başına gətirdikləri bunca fəlakətlər, məhrumiyyətlər, dağıntılar və ən əsası da ölümlərə dəyərdimi. Dəyərdimi bunca düşmənçiliyə.Ona görə də erməni xalqında (təbii, əgər onlara xalq demək mümükündürse) azacıq da olsa ağıl qalıbsa əgər, bütün bunlardan sorumlu olan separatçıları kendiləri tutub daş-qalaq edərdilər demirəm, onları diri-diri yandırardılar. Yox ki, Azərbaycan onların əvəzinə o şərəfsizləri tutub, onlara zaman xərcləyib mühakimə edərdi. Amma buna da dəyməz. Çünki, tarixdən də görünür ki, ermənilər dəfələrlə əzilsələr də ağıllanmazlar. Biz Ermənistanda onlarla birgə yaşayanda öz ağsaqqalları deyirdilər ki, biz düzələn millət deyilik. Bizim qanımız allahdan elə murdarlanıb ki, o qan müyyən vaxt keçəndən sonra axıdılmasa biz dayana bilmirik. Mütləq qanımızın axıdılması üçün nə isə etməliyik. Nə yazıq ki, o qan axıdılanda onu axıdanların da, yəni biz Türkləriun də qanı axıdılır. Ona görə də, indən sonra nə qədər üzdə xoş görsənsələr də, ermənilərə güvənməməliyik. Gələcəkdə yaşadıqları bölgələrdə vəzifələrdə birinci şəxs etməməliyik. Qadınlarına qızlarına üz verməməliyik, ən əsası da məmurlarımız onları özlərinə katibə etməməlidirlər. Yəni qısacası dəmir yumuruğu başlarının üzərində daima tutmalıyıq. Çünki, bizim ermənilərə güvən limitimiz bitib artıq.
Buna qarşı ilk olaraq 61-ci maddə ilə ittiham irəli sürülməlidir. O "həqiqi" "xrisitan" kimi təslim olub.
Maddə 61 . Cəzanı ağırlaşdıran hallar:
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin
qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq
niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini
asanlaşdırmaq məqsədi ilə törədilməsi