Menu

BMT-nin missiyası Qarabağa gəlib - FOTOLAR

01.10.2023, 10:06
BMT-nin missiyası Qarabağa gəlib - FOTOLAR

BMT-nin missiyası Qarabağa gəlib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Şərhlər

Turan 2023-10-01 11:46:14

Ağdamın vəziyyəti niyə onların gözünə soxulmadı? Qayıdıb 2 cüt 1 tək erməni yuvalarına görə şüvən qoparacaqlar. Xaricdən gələn bütün təşkilatları birinci Qarabağ zonasını göstərmək lazımdır, sonra Xankəndi və ətraf rayonlar. Razı deyillərsə itilsinlər gəldikləri yerə. Onsuz da bizi borclu çıxardacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol