Menu

Rusiyadadakı bir sıra gizli binaların ünvanları ifşa olub

02.10.2023, 18:24
Rusiyadadakı bir sıra gizli binaların ünvanları ifşa olub

Rusiya hakimiyyəti Moskva və Sankt-Peterburqda ölkənin gizli hərbi binalarının və müəssisələrinin ünvanlarını təsadüfən ifşa edib.

“AzPolitika.info” xəbər verir ki, bu, rusiyalı müxalifətçi Mixail Xodorkovskinin “Dosye Center” layihəsinin Moskva meriyasının saytında dərc edilmiş “Xüsusi qrup” adlı 434 səhifəlik sənəd üzrə apardığı araşdırma nəticəsində ortaya çıxıb.

Məlumata görə, sözügedən siyahıda bir sıra məxfi dövlət obyektləri, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının və Prezident Vladimir Putinin məxfi xidmətinin zabitlərinə məxsus evlərin, sursat anbarlarının ünvanları var.

Xüsusi xidmət orqanları ilə əlaqəli obyektlərin əsasən Serebryany Bor bölgəsində olduğu bildirilir. Məlumara görə, orada Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli iqamətgahlar var. Dosyedə konkret obyektlərin ünvanları sadalanıb və onların fotoşəkilləri dərc olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol