Menu

“Rusiya Ermənistana qarşı sanksiyalara başlayıb” – Erməni KİV-ləri

02.10.2023, 18:47
“Rusiya Ermənistana qarşı sanksiyalara başlayıb” – Erməni KİV-ləri

Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, artıq 2 həftədir ki, Ermənistandan Rusiyaya gedən 60-a yaxın yük maşını Verxniy Lars keçid məntəqəsində saxlanılıb. Konyak yüklü avtomobillərin Rusiyaya buraxılmasıyla bağlı qadağanın olduğu bildirilir.

Rusiya tərəfi bildirib ki, konyakın saxta olub-olmadığını müəyyən etmək üçün bu məhsulları ekspertiza yoxlanışından keçirmək lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol